Azərbaycan millisinin futbolçusu cəzalandırılıb

UEFA Azərbaycan millisinin futbolçusu Peritan Bozdağı 2 oyunluq cəzalandırıb.

“Report”un məlumatına görə, buna 25 yaşlı hücumçunun Portuqaliyaya səfərdə uduzduqları (0:4) Avropa çempionatının pley-off mərhələsinin cavab matçında birbaşa qırmızı vərəqə alması səbəb olub.

Avropa futbol qurumu forvardın hərəkətini “ciddi kobud oyun” kimi qiymətləndirib.

P.Bozdağ UEFA bayrağı altında keçirilən növbəti iki matçda yığmaya kömək edə bilməyəcək.

Qeyd edək ki, Azərbaycan millisi Bakıda keçirilən ilk oyunda Portuqaliyaya 1:4 hesabı ilə məğlub olmuşdu.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More