İran İslam Keşikçiləri Korpusunun (SEPAH) Suriyada olan böyük sursat anbarlarından biri Azad Suriya Ordusunun əlinə keçib.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Bildirilir ki, anbarda Bəşər Əsəd hökumətini qorumaq üçün Suriyaya göndərilən çox sayda yüngül və ağır silahlar var.
Qeyd olunub ki, bazada olan SEPAH qüvvələrinin əksəriyyəti öldürülüb, bəziləri əsir götürülüb, qalanları isə qaçıblar.