Cənubi Koreya Prezidenti Yun Sok Yol müxalifəti parlamentə nəzarətdə, Şimali Koreyaya rəğbət bəsləməkdə və dövlət əleyhinə fəaliyyətlə hökuməti iflic etməkdə günahlandırıb. Bundan sonra o, fövqəladə hərbi vəziyyət elan edib.
Oxu.Az-ın “Yonhap”a istinadən verdiyi məlumata görə, Yun Sok Yol bu bəyanatı televiziya brifinqi zamanı verib.
O, bu addımı ölkənin konstitusiya quruluşunun qorunması üçün həyati əhəmiyyətli adlandırıb.
Xatırladaq ki, Yun Sok Yol 2022-ci ilin mart ayında ölkə prezidenti vəzifəsinə başlayıb.