İki yaşlı Fatimənin anası: “O bizim yeganə övladımızdır, müalicə üçün dəstəyə ehtiyacımız var”

İki yaşlı Fatimənin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Əsmər Əzizova məlumat verib.

O bildirib ki, övladı anadangəlmə böyrək çatışmazlığından əziyyət çəkir:

“Fatimənin iki yaşı var. Doğulandan hər şeyin qaydasında olduğunu düşünsək də, altıaylıq olarkən onun böyrək çatışmazlığından əziyyət çəkdiyini öyrəndik. Həmin gündən də müalicələrə başladıq. Bu müddət ərzində Fatiməni iki dəfə Türkiyəyə müalicə və müayinə üçün aparmışıq. O bizim ilk körpəmizdir. Onun üçün əlimizdən nə gəlirsə, etmişik”.

Gənc ana övladının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu deyib:

“Fatiməni Türkiyəyə aparmaq üçün qızıllarımın hamısını satdım, yoldaşım borc aldı. İndi isə müalicələri davam etdirməyə gücümüz qalmayıb. O bizim yeganə övladımızdır, əlimizdən nə gəlirsə, edirik, edəcəyik də. Hazırda çox çıxılmaz vəziyyətdəyik, dərmanları almaq, yenidən analizləri vermək üçün 600 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (055) 811-82-06.

Bank Respublika: 4244 4848 4305 6726.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More