Pezeşkiandan İranda benzin böhranı ilə bağlı xəbərdarlıq

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ölkədə yaxınlaşan benzin böhranı ilə bağlı xəbərdarlıq edib.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə o, dövlət Teleradiosu ilə canlı yayımlanan müsahibəsində danışıb.

“İranda benzin idxalına pul ödənilən zaman büdcə kəsiri yaranır, bu da inflyasiyaya səbəb olur. Nəticədə, aztəminatlı təbəqələr daha çox əziyyət çəkir”, – deyə o bildirib.

Hökumət hazırda ölkədə müşahidə edilən enerji çatışmazlığı böhranını “enerji balanssızlığı” kimi qiymətləndirir.

Qeyd edək ki, Prezident Pezeşkianın açıqlaması, İran parlamentinin gələn ilin büdcəsində benzin qiymətlərinin artırılması ilə bağlı müzakirələri ilə eyni vaxta təsadüf edib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More