“Qarabağ”ın futbolçusu Julio Romao bir həftə yaşıl meydanlardan uzaq qalacaq.
Bu barədə “Report”a Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
Onun sözlərinə görə, braziliyalı oyunçunun müalicəsi bir həftə çəkəcək.
Qeyd edək ki, Julio Romao “Neftçi”yə 3:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XV turunun matçında zədə alıb.