“Şamaxı” Latviyanın “Qrobinya” klubundan ayrılan “Neftçi”nin sabiq yarımmüdafiəçisi Nazim Məmmədzadəni transfer etmək istəyir.
Oxu.Az Azerisport.com-a istinadən xəbər verir ki, Nazim Məmmədzadənin karyerasını Azərbaycandan kənarda davam etdirmək imkanı var. Yaxın günlərdə onun hansı kluba keçəcəyi məlum olacaq.
“Neftçi”nin yetirməsi olan 23 yaşlı futbolçu daha əvvəl “Renova” (Şimali Makedoniya), “Moralo”, “Marino Luanko” (hər ikisi İspaniya) və MOİK komandalarında çıxış edib.