Sergen Yalçın “Beşiktaş”ı çalışdırmaq istəmir

Covanni van Bronxorstla yollarını ayıran “Beşiktaş”da baş məşqçi axtarışları davam edir.

Oxu.Az NTV-yə istinadən xəbər verir ki, “Beşiktaş”ın prezidenti Hüseyn Yücel Sergen Yalçınla ilk görüşünü keçirib.

Sergen Yalçın verdiyi açıqlama ilə qapıları “qara-ağlar”ın üzünə bağlayıb.

Məlumata görə, “Beşiktaş”ın Sergen Yalçınla növbəti görüşü planlaşdırılır.

Digər tərəfdən “qartallar”ın siyahısında daha 2 ad gündəmə gəlib. Bunlardan birincisi Samet Aybaba idi.

“Beşiktaş”ın gündəminə gələn digər ad isə İbrahim Üzülmez olub.

Qeyd edək ki, rəhbərlik komandanı yerli baş məşqçiyə həvalə etmək istəyir.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More