Sumqayıtda hündürlükdən yıxılan 91 yaşlı qadın ölüb.
Oxu.Az “Report”a istinadən xəbər verir ki, hadisə 9-cu mikrorayonda qeydə alınıb.
1933-cü il təvəllüdlü Tamella Hüseyn qızı Mehdizadə yaşadığı binanın 9-cu mərtəbəsindən yerə yıxılıb. O, hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.