Tehranda 8 siyasi məhbus ölüm və həbs cəzasına məhkum edilib.
“Azad İran” “Telegram” kanalının xəbərinə görə, bu barədə İranda İnsan Haqları Təşkilatı (HENGAW) məlumat verib.
Məlumata görə, altı siyasi məhbus – Əkbər Daneşvər Kar, Seyid Məhəmməd Təqəvi Səngdehi, Babək Əlipur, Pua Qubadi Bistuni, Vəhid Bəni Amerian və Əbülhəsən Müntəzir İran məhkəmə sistemi tərəfindən edam cəzasına məhkum edilib.
Adıçəkilən məhbuslara ölüm hökmündən əlavə, digər iki məhbusla (Əli Təqəvi Səngdehi və Müctəba Təgəvi Səngdehi) birlikdə 54 il 7 ay həbs və 20 il Xaş şəhərinə sürgün cəzası təyin olunub.