Azərbaycanda bələdiyyə torpağına dair müsabiqə ləğv edilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin dekabrın 19-na təyin etdiyi bələdiyyə torpağına dair müsabiqə ləğv edilib.

Oxu.Az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, bununla bağlı qərarı noyabrın 27-də Göygöl Rayon Məhkəməsi qəbul edib.

16 (066)-34/2024 nömrəli qərardada əsasən Göygöl rayonu Üçtəpə bələdiyyəsinin mülkiyyətində olan 1 200 kvadratmetr torpaq sahəsinin mülkiyyətə verilməsi məqsədilə keçiriləcək müsabiqə dayandırılıb.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More