“Qızıl Qurd” ləqəbli azərbaycanlı döyüşçü Bəhram Rəcəbzadənin növbəti döyüşünün vaxtı bəlli olub.
Oxu.Az xəbər verir ki, Bəhram Rəcəbzadə növbəti döyüşünə dekabr ayının 7-də çıxacaq. Onun rəqibi makedoniyalı Daniel Stefanovski olacaq.
Döyüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Qeyd edək ki, Bəhram Rəcəbzadə karyerası ərzində rinqə çıxdığı 73 görüşün 69-dan qələbə ilə ayrılıb, cəmi dörd dəfə məğlub olub.