Bakıda 33 min manatdan çox dələduzluq edilib, saxlanılanlar var

Paytaxtın Nərimanov, Xəzər, Nəsimi və Nizami rayonlarında dələduzluqda şübhəli bilinən 5 nəfər – 37 yaşlı P.Rzayev, 45 yaşlı F.Gülmirzəzadə, 55 yaşlı Ə.Nəcəfov və əvvəllər məhkum olunmuş 25 yaşlı F.Əhmədov, eləcə də 51 yaşlı R.Rəhimov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.

Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, onların 6 nəfərin ümumilikdə 33 980 manat pulunu və 2 000 manat dəyərində mobil telefonunu dələduzluq yolu ilə ələ keçirmələri müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar aparılır.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More