Koreya Respublikasının müxalifət partiyaları bu gün, yerli vaxtla saat 14:40-da (Bakı vaxtı ilə 09:40) prezidentin impiçmenti ilə bağlı təklif təqdim etmək barədə razılığa gəliblər.
Oxu.Az bu barədə “Yonhap” agentliyinə istinadən xəbər verir.
Agentlik hələlik təklifin təqdim edilib-edilmədiyini dəqiqləşdirmir.
Normalara əsasən təklif üzrə səsvermə 24-72 saat ərzində keçirilməlidir. Bu o deməkdir ki, səsvermə dekabrın 6-sı və ya 7-də keçiriləcək.