Amerikalı reper Eminemin anası Debora Nelson 69 yaşında vəfat edib.
Oxu.Az TMZ-yə istinadən xəbər verir ki, o, uzun sürən xərçəng xəstəliyindən sonra dünyasını dəyişib.
Məşhur reperin anası ağciyər xərçəngindən əziyyət çəkirdi.
Xatırladaq ki, Eminemin (əsl adı Marşall Brüs Meters) uzun illər anası ilə münasibətləri gərgin olub. Debora onu 17 yaşında dünyaya gətirib və ona lazım olan qayğını göstərə bilməyib. Musiqiçi tez-tez yaradıcılığında çətin uşaqlıq illərindən, o cümlədən anasının qanunsuz maddələrdən istifadə etməsi barədə bəhs edib.
90-cı illərin sonlarında Nelson oğlunu onun haqqında böhtan yaymaqda ittiham edərək, onu məhkəməyə verib. Qadın məhkəməni qazana bilsə də, deyilən 10 milyon dollar əvəzinə cəmi 25 min dollar alıb. Bir neçə il sonra Debora “Oğlum Marşall, Oğlum Eminem” adlı memuar yazıb ki, bu da ana-oğul arasında münasibətləri daha da pisləşdirib.
Musiqiçi uzun illər anasından uzaq dursa da, 2014-cü ildə onunla barışıb.