KTMT-yə Ermənistanın təşkilatdan çıxması ilə bağlı sənədlər daxil olmayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın NEWS.ru nəşrinə diplomatik mənbə bildirib.
Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın İrəvanla təşkilat arasında münasibətlərdə geridönüş nöqtəsinin keçilməsini bildirməklə nə demək istədiyini heç kim başa düşmür.
“KTMT Ermənistanın çıxmasına dair sənədləri almayıb. Paşinyanın nə dediyini heç kim başa düşmür “, – mənbə qeyd edib.