Gənc ana övladının müalicəsi üçün dəstək istəyir: “Nə yemək yeyir, nə su içir”

Yeddi yaşlı Yunisin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Aytən Süleymanlı məlumat verib.

O bildirib ki, övladı bir müddət öncə damağından əməliyyat olunub:

“Yunisin yeddi yaşı var. O, doğum zamanı başından travma almışdı, həmin gündən də buna görə müalicələr etmişik. Həkim müalicələrini davamlı etsək, başında olan şişin çəkiləcəyini demişdi. Bir müddət əvvəl oğlumun yanaq hissəsindən diş çıxmağa başladı. Keçəcəyini, düzələcəyini gözləsək də, belə olmadı. Məcbur qalıb onu Bakıda yerləşən xəstəxanalardan birinə gətirdik. Həkim oğlumun damağında kista yarandığını dedi və əməliyyatla onu götürdülər. Bir müddət sonra Yunisdə eyni vəziyyət təkrarlandı və oğlum yenidən əməliyyat olundu”.

Gənc ana övladının yardıma ehtiyacı olduğunu deyib:

“Yunis sentyabr ayında sizin saytın izləyicilərinin dəstəyi ilə əməliyyat olundu, ilk dövrlər hər şey yaxşı olsa da, onun yanağı yenidən şişməyə başladı. Həkimlə danışmışıq, təcili müayinəyə getməli olduğumuzu deyir. Bakıya gəlmək və müayinələrə getmək üçün isə bizim imkanımız yoxdur. Yunisin üzü şişib, nə yemək yeyə, nə su içə bilir. Bir ana üçün övladının bu cür əziyyət çəkməyi inanın ki çox ağırdır. Yardımsevər şəxslərdən bizə yenidən dəstək olmaqlarını xahiş edirik”.

Ailə ilə əlaqə: (099) 328-13-23.

Beynəlxalq Bank: 5522 0993 6360 0404.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More