İranlı hakerlər Trampın FTB-yə namizəd olan ən sadiq tərəfdarının yazışmalarını ələ keçiriblər

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp tərəfindən Federal Təhqiqat Bürosunun (FTB) direktoru vəzifəsinə namizədliyi irəli sürülən Keş Patel İran hakerlərinin hücumuna məruz qalıb.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə CNN telekanalı xəbər yayıb.

Bildirilib ki, kibercinayətkarlar Patelin söhbətlərinin bir hissəsinin qeydlərinə giriş əldə ediblər.

Xüsusi xidmət orqanı onu baş verənlər barədə məlumatlandırıb.

Noyabrın 30-da FTB-nin rəhbəri vəzifəsinə namizədliyi irəli sürülən Patel əvvəllər Ağ Evin Milli Təhlükəsizlik Şurasında işləyib, milli kəşfiyyat direktorunun səlahiyyətlərini icra edən şəxsin müşaviri olub və Trampın prezidentlik müddətinin sonunda ABŞ müdafiə nazirinin aparatına rəhbərlik edib. O, Trampın maksimum sadiq tərəfdarı hesab olunur.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More