Klublararası dünya çempionatının səbətləri müəyyənləşib

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) 2025-ci ildə təşkil edəcəyi klublararası dünya çempionatının səbətləri bəlli olub.

Oxu.Az xəbər verir ki, püşkatma zamanı 32 klub 4 səbətdə yer alacaq.

Mərasim dekabrın 5-də Mayamidə təşkil olunacaq. Turnir 2025-ci ildə iyunun 15-dən iyulun 13-dək keçiriləcək.

Səbətlər:

1-ci səbət: “Mançester Siti” (İngiltərə), “Real Madrid” (İspaniya), “Bavariya” (Almaniya), PSJ (Fransa), “Flamenqo” (Braziliya), “Palmeyras” (Braziliya), “River Pleyt” (Argentina), “Fluminense” (Braziliya).

2-ci səbət: “Çelsi” (İngiltərə), “Borussiya Dortmund” (Almaniya), “İnter” (İtaliya), “Porto” (Portuqaliya), “Atletiko Madrid” (İspaniya), “Benfika” (Portuqaliya), “Yuventus (İtaliya), “Zalsburq” (Avstriya).

3-cü səbət: “Əl-Hilal” (Səudiyyə Ərəbistanı), “Ulsan” (Cənubi Koreya), “Əl-Əhli” (Misir), “Vidad” (Mərakeş), “Monterrey” (Meksika), “Leon” (Meksika), “Boka Xuniors” (Argentina), “Botafoqo” (Braziliya).

4-cü səbət: “Urava Red Diamonds” (Yaponiya), “Əl-Ayn” (BƏƏ), “Esperance” (Tunis), “Mamelodi Sandaunz” (Cənubi Afrika), “Paçuka” (Meksika), “Sietl Saunders” (ABŞ), “Oklend Siti” (Yeni Zelandiya), “İnter Mayami” (ABŞ).



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More