Masazır qəsəbəsində QANLI CİNAYƏT: Dörd uşaq anası öz həyat yoldaşını bıçaqlayıb?

Abşeron rayonu, Masazır qəsəbəsi “Yeni Masazır” yaşayış kompleksində qətlə yetirilən və qətli törətməkdə şübhəli bilinən şəxslərin adları məlum olub.

Oxu.Az xəbər verir ki, hadisə nəticəsində 1993-cü il təvəllüdlü Ayxan Əhliman oğlu Hacızadə bıçaqlanıb. Qarın və kürək nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlər alan Ayxanı xəstəxanaya çatdırmaq mümkün olmayıb. O, yolda həyatını itirib.

Ayxanın həyat yoldaşı 1993-cü il təvəllüdlü Nazirə Nazir qızı Əliyeva isə şübhəli şəxs qismində tutulub.

Qeyd olunur ki, onların dörd azyaşlı övladı var.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Əzizə İsmayılova



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More