Oğuzda bağçaya qaz verilmir: Uşaqlar soyuqda qalıblar

Havalar soyuyandan bağçada istilik yoxdur.

Oxu.Az “Xəzər Xəbər”ə istinadla xəbər verir ki, söhbət Oğuz şəhər 3 nömrəli körpələr evi-uşaq bağçasından gedir.

Valideynlərin sözlərinə görə, 4-5 qrupda 70-ə qədər uşaq var. Hazırda bağçaya qaz verilmədiyindən uşaqlar soyuqda qalıblar. Bəzi valideynlər soyuqdan xəstələnən uşaqlarını bağçaya aparmır.

Onlar bildirirlər ki, rəsmi qurumlara müraciət ediblər. Hələki nəticə yoxdur.

Şəki-Zaqatala Regional Təhsil İdarəsindən “Xəzər Xəbər”ə bildirilib ki, adıçəkilən məktəbəqədər təhsil müəssisəsinin binasının maddi-texniki bazası mövcud standartlara cavab vermədiyindən bağçadakı uşaqlar sahibkar tərəfindən aidiyyəti üzrə bağışlanmış boş binaya köçürülüb. Həmin binanın Təhsil İdarəsinin balansına keçirilməsi üçün sənədləşmə işləri həyata keçirilir. Digər aidiyyəti dövlər qurumu ilə birgə səylər sürətləndirilib, zəruri tədbirlər görülməkdədir. Bina balansa alınandan sonra problem aradan qaldırılacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Oğuzda bağçaya qaz verilmir: Uşaqlar soyuqda qalıblar







Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More