Almaniya Kubokundakı qələbə seriyasını davam etdirən Xabi Alonso rekordun bir addımlığındadır.
Oxu.Az xəbər verir ki, ispaniyalı mütəxəssisin rəhbərlik etdiyi “Bayer Leverkuzen” 1/8 finalda “Bavariya”ya 1:0 hesabı ilə qalib gəlib.
Bu, Alonsonun baş məşqçi kimi Almaniya Kubokundakı 9-cu oyununda 9-cu qələbəsi olub. O, yarışın XXI əsr üçün rekordunun bir addımlığındadır.
Pep Qvardiola və Lui van Qal Almaniya Kubokundakı ilk 10 matçda qələbə sevinci yaşayıb. Onların hər ikisi bu uğura “Bavariya”da imza atıb.
Qeyd edək ki, “Bayer Leverkuzen” Almaniya Kubokunun son qalibidir.