“Tbilisi nə dərəcədə münasibətləri normallaşdırmağa hazır olarsa, Rusiya da o qədər buna hazır olacaq”.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
“Gürcüstanla ikitərəfli münasibətlərin normallaşdırılmasının gələcək perspektivlərinə gəlincə, Tbilisi buna hazır olduğu dərəcədə biz də bu yolla getməyə hazırıq”, – diplomat qeyd edib.
Zaxarova qeyd edib ki, Gürcüstan Prezidenti Salome Zurabişvilinin fəaliyyətinə hüquqi qiymət respublikanın səlahiyyətli orqanları tərəfindən verilməlidir.
“Qərblilərdən fərqli olaraq, biz ölkələrin daxili işlərinə qarışmırıq. Salome Zurabişviliyə gəlincə, onun prezident kimi səlahiyyətləri bir həftə yarımdan sonra başa çatır. Biz hesab edirik ki, onun fəaliyyətinə hüquqi qiymət Gürcüstanın səlahiyyətli orqanları tərəfindən verilməlidir”, – o yekunlaşdırıb.