Güney Azərbaycandan olan körpə uzun illər sonra doğum şəhadətnaməsi alıb

Güney Azərbaycanın Culfa şəhərindən olan Huntay adlı körpəyə İranın Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsi 6 ildən sonra doğum haqqında şəhadətnamə verib.

Oxu.Az “Azad İran” “Telegram” kanalına istinadən bildirir ki, bu barədə İranda İnsan Haqları Müdafiəçiləri Qrupu – HRANA məlumat verib.

Məlumata görə, İranın Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsi uşağa türk adını daşıdığı üçün şəhadətnamə verməkdən imtina edirdi. Huntayın valideynləri övladlarına doğum haqqında şəhadətnamə almaq üçün mübarizə aparırdılar.

Qeyd olunur ki, Huntay 6 il ərzində şəxsiyyəti təsdiq edən sənədlərin olmaması səbəbindən tibbi, sosial və təhsil xidmətlərindən məhrum olub.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More