Lavrov Rusiya ilə ABŞ arasında münasibətlərdə yaranan problemlərin səbəbini açıqladı

“Birləşmiş Ştatlarla münasibətlərdəki problemlər onların danışıqlar apara bilməməsi ilə bağlıdır”.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.

“ABŞ ilə münasibətlərimizdəki bütün problem ondadır ki, onlar öz sözlərinə əməl etmirlər, danışıqlar aparmaq iqtidarında deyillər. Maltada Mixail Qorbaçov və Ronald Reyqanın əldə etdiyi o çəhrayı razılaşmalardan başlayaraq və bütün digər sahələrdə, o cümlədən ATƏT-in fəaliyyətində”, – Lavrov bildirib.

Nazir qeyd edib ki, ABŞ NATO-nu irəli çəkməyəcəklərinə söz verib, lakin tam əksini edib.

“ATƏT-in zirvə toplantılarının sənədlərində imzalanıb ki, bu məkanda heç bir təşkilat dominantlıq iddiasında olmayacaq. NATO bütün bu illər ərzində bunun tam əksini edib. Belə misallar çoxdur, o cümlədən Ukrayna böhranı ilə bağlı”, – Lavrov əlavə edib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More