Abbas Abbasov: “Bakı Təşəbbüs Qrupu bu il sayca dördüncü memorandum imzalayacaq”

“Bugünkü beynəlxalq konfransımız Sen-Marten adasına həsr edilib. Sen-Marten adası 1648-ci ildə Niderland və Fransa hökumətləri arasında iki yerə bölünüb”.

Oxu.Az xəbər verir ki, bu sözləri “Fransa və Niderlandın Sen-Martendə müstəmləkə hakimiyyəti – bir ada, bir xalq, bir tale” adlı tədbirdə Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov deyib.

O bildirib ki, Sen-Martendən olan elm xadimləri, millət vəkilləri, Qeyri Hökumət Təşkilatları və fərqli institut rəhbərləri bu gün bu tədbirdə iştirak edirlər.

“Onlar vahid xalq, vahid ərazi üçün aparacaqları mübarizə ilə bağlı dünya ictimaiyyətinə geniş məlumat veriblər. Bu onların ilk beynəlxalq konfransıdır. Bu gün Bakı Təşəbbüs Qrupu bu il sayca dördüncü memorandum imzalayacaq”, – deyə Abbas Abbasov bildirib.

Rufina Abdullayeva



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More