Azərbaycanda bu il 3 baldan yuxarı zəlzələ ən çox hansı ərazilərdə baş verib?

Azərbaycanda bu ilin 11 ayında (yanvarın 1-dən dekabrın 1-dək – red.) maqnitudası 3 və ondan yuxarı 53 zəlzələ qeydə alınıb.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, yeraltı təkanlardan 45-nin maqnitudası 3 və 3-dən yuxarı, beşinin maqnitudası 4-dən yuxarı, daha üçü isə 5-dən yuxarı olub.

Həmin dövr ərzində təbiət hadisəsi Xəzər dənizində, Şamaxıda, Saatlı-Sabirabad sərhədində, Ağdaş, Goranboy, İmişli, Lənkəran, Tovuz, Hacıqabul, Lerik, Quba, Göygöl, Biləsuvar, Cəlilabadda, Kəlbəcərdə, Şamaxıda, Laçında, Mingəçevir Su anbarında qeydə alınıb.

Qeyd edək ki, bu statistika yalnız maqnitudası 3 və 3-dən yuxarı qeydə alınan yeraltı təkanlara aiddir. Zəlzələ ilə bağlı məlumatlar ümumi protokol qaydalarına (maqnitudası 3 və 3-dən yuxarı olan zəlzələlər haqqında ictimaiyyətin məlumatlandırılması) görə yayılır. Ümumilikdə, hər ilin sonunda Azərbaycanda və ona bitişik ərazilərdə, eləcə də RSXM-nin seysmik stansiyaları tərəfindən qeydə alınan dünya ölkələri üzrə zəlzələlərin ümumi statistikası açıqlanır.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More