Azərbaycanda I Türkoloji qurultayın 100 illiyi qeyd ediləcək

Azərbaycanda I Türkoloji qurultayın 100 illiyi qeyd ediləcək.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli deyib.

O qeyd edib ki, tədbir 2026-cı il fevralın 26-a planlaşdırılıb.

Tədbir AMEA-nın rəyasət heyətinin inzibati binasında keçiriləcək.

Birinci Türkoloji Qurultay – 1926-cı ilin 26 fevral-6 mart tarixlərində Bakı şəhərində keçirilib.

Tədbir zamanı SSRİ ərazisində yaşayan türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, etnoqrafiyası və mədəniyyəti ilə bağlı yaxın gələcək üçün düşünülmüş bir sıra mühüm və əhəmiyyətli qərarlar qəbul edilib.

Qurultayda latın qrafikalı əlifbaya keçidin elmi-metodik prinsipləri ətraflı şəkildə işlənib hazırlanıb. Qəbul edilən qərara əsaslanaraq 1929-cu il yanvarın 1-dən Sovet hökuməti ərəb əlifbasının istifadəsinə qadağa qoydu. RSFSR tərkibində olan türk xalqları yeni türk əlifbasından istifadəyə başladılar.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More