Azərbaycanda qeyri-adi intihar hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə gecəyarısı Sabirabad rayonu Nərimankənd kəndində baş verib.
Məmmədxan Şamo oğlu Qəhrəmanlı yaşadığı evin həyətində saxladığı, özünə məxsus olan VAZ-2106 markalı avtomobilin mühərrikini işə saldıqdan sonra avtomobilin səsboğucusuna şlanq birləşdirib. Şlanqı arxa qapının şüşəsindən içəri salıb, özü də içəridə oturaraq, bütün qapı və pəncərələri bağlayıb. O, içəri dolan tüstüdən zəhərlənərək ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.