Kanada ölkədə qadağan olunmuş odlu silahları Ukraynaya verə bilər

Kanada ölkədə daha 324 odlu silah modelinin satışını qadağan edib.

Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə hökumətin saytında dərc olunmuş press-relizdə məlumat verilib.

“Kanada hökuməti Ukrayna hökuməti qarşısında işgüzar dairələrlə əməkdaşlıq etmək öhdəliyini götürüb ki, bu və ya daha əvvəllər qadağan olunmuş digər silahlardan Ukraynada demokratiya uğrunda mübarizəni dəstəkləmək üçün necə istifadə edilə biləcəyini müəyyən etsin. Bunlar hərbi təyinatlı silahlardır və Ukrayna NATO kalibrli silahlara maraq göstərib”, – deyə mətndə qeyd edilib.

Hakimiyyət silahdan istifadə ilə zorakılığa qarşı mübarizə üçün bu modelləri qadağan etmək qərarına gəlib. İndi bu silahlar qanuni olaraq əldə edilə, ölkədə satıla və ya idxal edilə bilməz. Daşınması ancaq istisna hallarda mümkün ola bilər.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More