Makron sonadək vəzifəsindən əl çəkməyəcək

Fransa Prezidenti Emmanuel Makron 2027-ci ildə səlahiyyət müddətinin bitməsinə qədər vəzifəsini davam etdirmək niyyətini təsdiqləyib.

Oxu.Az xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

“Mən beş illik müddətə seçilmişəm və mandatımın sonuna qədər vəzifədə qalmağı planlaşdırıram”, – Makron xalqa müraciətində bildirib.

Qeyd edək ki, dünən Fransa prezidenti ölkənin Baş naziri Mişel Barnyenin hökuməti istefaya göndərmək xahişini qəbul edib. Makron bildirib ki, yeni kabinet rəhbərinin təyinatı yaxın günlərdə elan ediləcək.

Xatırladaq ki, bir gün əvvəl Fransa Milli Assambleyası Baş nazir Mişel Barnyenin hökumətinə etimadsızlıq qətnaməsi qəbul edib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More