Meksikada uşaqlar arasında qorxulu xəstəlik yayılıb: 10-dan çox uşaq öldü

Meksikada uşaqlar arasında ölümcül xəstəlik yayılıb. Belə ki, azı 13 uşaq qan dövranının bakterial infeksiyasından həyatını itirib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.

“Epidemiologiya Baş İdarəsi Mexiko ştatının dörd tibb müəssisəsində parenteral qidalanma və ya onun tətbiqi üçün vasitələrin mümkün çirklənməsi ilə əlaqəli qan dövranı infeksiyasının yayıldığı və müalicəsi barədə məlumat verib. 20 pasiyentdən yanaşı xəstəlikləri olan 13 xəstənin ölümü qeydə alınıb”, – deyə qurumdan vurğulanıb.

Bütün aşkar edilmiş xəstələrin 0-14 yaş arası uşaqlar olduğu bildirilir.

Eyni zamanda, Mexikoda yeddi xəstə xəstəxanaya yerləşdirilib və fasiləsiz tibbi yardım alır.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More