İqtisadiyyat naziri Mikayıl Cabbarov rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı münasibətilə paylaşım edib.
Oxu.Az xəbər verir ki, o, bu barədə öz “X” hesabında məlumat verib:
“Rəqəmsallaşmanın, müasir informasiya texnologiyalarının və innovasiyaların inkişafında əhəmiyyətli rola malik olan bu sahənin təmsilçilərinə əlamətdar gün münasibətilə təbriklərimizi çatdırır, işlərində uğurlar arzulayırıq”.
Bu gün ölkəmizdə rabitə və #informasiyatexnologiyaları (@MDDTAzerbaijan) sahəsi işçilərinin #peşəbayramı-dır. Rəqəmsallaşmanın, müasir informasiya texnologiyalarının və #innovasiya-ların inkişafında əhəmiyyətli rola malik olan bu sahənin təmsilçilərinə əlamətdar gün münasibətilə… pic.twitter.com/dU9iWlsQOR
— Mikayil Jabbarov (@MikayilJabbarov) December 6, 2024