Hər ilin sentyabr ayının 15-də açılan ov mövsümü adətən oktyabrın əvvəllərinə qədər davam edirdi. Bu il isə artıq dekabrın 5-i olmasına baxmayaraq, hələ də ov mövsümü açılmayıb. Təkcə onlarla yox, yüzlərlə, bəlkə də minlərlə ovçu bu gecikmədən narahatdır.
Oxu.Az “ATV Xəbər”ə istinadən bildirir ki, Elmar Babayev artıq 18 ildir ki, ovçuluqla məşğul olur. Ovçuluğu həm hobbi, həm də istirahət üsulu kimi qəbul edən E.Babayev deyir ki, hər il Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edərək, qanuni ov üçün lisenziya alır. Bundan sonra ölkənin müxtəlif yerlərində – meşələrə, dağlara, ova çıxır. Ötən il olduğu kimi, bu il də səbirsizliklə gözləsə də, hələlik mövsüm açıq elan olunmur.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev bildirib ki, ov mövsümünün nə üçün açılmadığı və nə vaxt icazə veriləcəyi ilə bağlı 2024-2025-ci illər üçün Ov Elmi Koordinasiya Şurasının növbəti iclası keçirilməlidir. Həmin iclasda mövsümün açılıb-açılmayacağı barədə qərar veriləcək. Ancaq həmin iclasın nə vaxt keçiriləcəyi də hələ məlum deyil. Qısacası, ovçular bir az daha səbir etməlidir.
Ətraflı süjetdə: