Türkiyənin sabiq xarici işlər naziri Feridun Sinirlioğlu Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) yeni baş katibi olub.
Oxu.Az xəbər verir ki, bunu ATƏT-in hazırkı sədri, Malta Respublikasının xarici işlər Yan Borq öz sosial şəbəkə hesabında paylaşıb.
“ATƏT-in yeni rəhbərliyini təbrik edirik. Feridun Sinirlioğlu (Türkiyə) – baş katib, Maria Telalian (Yunanıstan) – Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəhbəri, Kristof Kamp (Niderland) – ATƏT-in milli azlıqlar üzrə ali komissarı, Yan Bratu (Norveç) – KİV azadlığı məsələləri üzrə nümayəndə seçilib”, – Y.Borq “X” sosial şəbəkəsindəki hesabında qeyd edib.