“Noyabr ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 104 nəfər qəbul edilib”.
Oxu.Az “Trend”ə istinadən bildirir ki, bunu Kliniki Tibbi Mərkəzin (KTM) mətbuat katibi Ruzbeh Məmməd deyib.
O bildirib ki, şöbəyə qəbul edilən xəstələrdən 38 nəfər dərmandan, 34 nəfər sirkə turşusundan, 14 nəfər dəm qazından zəhərlənən şəxslərdir.
“Həmçinin, səkkiz nəfər botulizm, üç nəfər allergik reaksiya, dörd nəfər göbələkdən, bir nəfər etanoldan, bir nəfər siçan dərmanından (rodentisid), bir nəfər yandırıcı məhluldan zəhərlənmə səbəbi ilə şöbəyə yerləşdirilib. Onların hər birinə zəruri tibbi yardım göstərilib, 99 nəfər kafi vəziyyətdə ambulator müalicə üçün evə buraxılıb.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən beşi (üç nəfər kişi cinsli, iki nəfər qadın cinsli) dünyasını dəyişib”, – məlumatda vurğulanıb.
Qeyd edilir ki, ölüm halları sirkə turşusu, botulizm və etanol zəhərlənmələrindən qeydə alınıb.