Bəşər Əsədin ailəsi Rusiyaya yollanıb

Suriya Prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma və onların üç uşağı keçən həftə Rusiyaya gedib.

Bu barədə “Azad İran” “Wall Street Journal”a istinadla xəbər verib.

Məlumata görə, dövlət başçısının qayınları isə Birləşmiş Ərəb Əmirliklərinə gediblər.

Qeyd olunur ki, prezidentin özü hələ də Suriyadadır. KİV-də yayılan məlumata görə, Misir və İordaniya rəsmiləri Əsədi ölkəni tərk etməyə çağırıblar.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More