Bəşər Əsədə Suriyanı tərk etmək təklif olundu

Misir və İordaniya rəsmiləri Suriya Prezidenti Bəşər Əsədə respublikanı tərk etməyi və müxalifət nümayəndələrinin daxil olduğu Müvəqqəti Şura yaratmağı təklif ediblər.

Oxu.Az xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yaydığı məlumatına görə, Əsəd hələ də Suriyada qalır. Qətər, BƏƏ və digər ərəb ölkələri Suriya hökumətinin tezliklə süqutu və regionda mümkün qeyri-sabitlik ehtimalından getdikcə daha çox narahat olurlar.

Qəzetin mənbələri bildiriblər ki, Suriya prezidenti Türkiyə, Misir, BƏƏ, İordaniya və İraqdan dəstək istəyib, lakin rədd cavabı alıb.

Həmçinin qeyd edilir ki, Homs hökumətin nəzarətində olan, Dəməşq ilə üsyançıların ələ keçirdiyi ərazi arasındakı yolda yerləşən son böyük şəhərdir. Homsun itirilməsi hökuməti Əsədə sadiq olan ələvi azlığının cəmləşdiyi Aralıq dənizi sahillərinə çıxışdan məhrum edəcək.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More