Demi Mur ağır xəstə olan Brüs Uillisin vəziyyətindən danışıb

Aktyor Brüs Uillisin keçmiş həyat yoldaşı, aktrisa Demi Mur ağır xəstə olan sənətçinin səhhətinin təfərrüatını açıqlayıb.

Oxu.Az xəbər verir ki, o, bu barədə CNN telekanalına müsahibəsində danışıb.

62 yaşlı məşhurun ​​sözlərinə görə, Uillis xəstəliyin sürətlə irəliləməsindən sonra sabitlik mərhələsindədir. Qeyd edək ki, o, ağır demensiyadan əziyyət çəkir.

“Şərtləri nəzərə alaraq, Brüs indi kifayət qədər stabil vəziyyətdədir. Əlbəttə ki, bununla yaşamaq çox çətindir”, – aktrisa bildirib.

Xatırladaq ki, ötən ilin fevralında Uillisin idrak qabiliyyətinin tədricən itirilməsinə səbəb olan frontotemporal demensiyadan əziyyət çəkdiyi məlum olub. Aktyor təxminən 2022-ci ilin yazından sağalmaz xəstəliklə mübarizə aparır.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More