“Everton” – “Liverpul” oyunu təxirə salınıb

İngiltərə çempionatının 15-ci turunun dekabrın 7-də “Qudison Park”da keçiriləcək “Everton” – “Liverpul” oyunu təxirə salınıb.

Oxu.Az-ın Sport24.ru-ya istinadən xəbərinə görə, bu barədə hər iki klubun Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, bu qərar pis hava şəraiti ilə əlaqəli olub. Böyük Britaniya güclü külək və leysan yağışı ilə müşayiət olunan “Darraq” fırtınası ilə üzləşib. Meteoroloqlar ağacların yıxılması və dağıntıların havada uçması kimi təhlükələr barədə xəbərdarlıq ediblər.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının turnir cədvəlinə 35 xalla “Liverpul” başçılıq edir. “Everton” 14 xalla 15-ci yerdədir.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More