“Formula-1”: Əbu-Dabi Qran-prisində təsnifat yarışı keçirilib

Lando Norris “Formula-1” üzrə dünya çempionatında mövsümün 24-cü turu olan Əbu-Dabi Qran-prisində poula yiyələnib.

Oxu.Az “Haber Global”a istinadən xəbər verir ki, “McLaren” pilotu əsas yarışa birinci sıradan başlayacaq.

“McLaren” komandasının avstraliyalı pilotu Oskar Piastri Norrisdən 0,209 saniyə geri qalaraq ikinci, “Ferrari”nin ispan pilotu Karlos Sayns isə liderdən 0,229 saniyə geri qalaraq üçüncü yeri tutub.

Xatırladaq ki, əsas yarış sabah keçiriləcək.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More