Goranboyda iki qadın dəm qazından zəhərləndi

Goranboyda iki qadın dəm qazından zəhərlənib.

Oxu.Az “Unikal”a istinadən xəbər verir ki, hadisə Qaraçinar kəndində baş verib. 2004-cü il təvəllüdlü Ayşən Rəşid qızı Elyasova və 2000-ci il təvəllüdlü Gülşən Abdulla qızı Bağırova yaşadıqları evdə dəm qazından zəhərlənərək halsız vəziyyətə düşüblər.

Doğmalarının köməyi ilə hər iki qadın təcili xəstəxanaya çatdırılıb. Görülən zəruri tibbi yardım sayəsində zəhərlənən qadınların durumu stabilləşib.

Faktla bağlı araşdırma aparılır.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More