İngiltərə Premyer Liqası: “Mançester Siti” xal itirdi

“Kristal Pelas” Premyer Liqanın 15-ci turu çərçivəsində evdə “Mançester Siti” ilə heç-heçə edib – 2:2.

Oxu.Az xəbər verir ki, oyunda ilk qolu 4-cü dəqiqədə “Kristal Pelas”ın yarımmüdafiəçisi Daniel Munyos vurub. 30-cu dəqiqədə Erlinq Holand hesabı bərabərləşdirib. 57-ci dəqiqədə Maksens Lakrua meydan sahiblərini hesabda irəli çıxarıb. 68-ci dəqiqədə “Mançester Siti”nin müdafiəçisi Riko Lyuis yenidən hesabı bərabərləşdirib. O, həm də 84-cü dəqiqədə qırmızı vərəqə alıb.

Hazırda “Kristal Pelas” 16-cı (13 xal), “Mançester Siti” 4-cü pillədə (27 xal) qərarlaşıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More