İstanbulda dəhşətli partlayış: Yaralananlar və itkin düşən var

Bu gün səhər saatlarında Türkiyənin İstanbul şəhərində yerləşən 14 mərtəbəli binada güclü partlayış baş verib.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Turkiyegazetesi.com.tr xəbər yayıb.

Hadisəyə səbəb kimi binanın giriş mərtəbəsindəki mənzildə təbii qaz sızması göstərilir. Partlayış yerinə çoxsaylı polis, yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb olunublar. Bildirilir ki, insident nəticəsində binanın divarlarından qopan tikinti materialları ətraf əraziyə səpələnib. Sakinlər dərhal təxliyə olunublar.

İlkin məlumatlara görə, partlayış nəticəsində üç nəfər xəsarət alıb, bir nəfər isə hələ də axtarışdadır.

“Haber Global” yaralıların sayının dörd nəfər olduğunu bildirib.

Binanın elektrik və qaz təchizatı dayandırılıb. Xilasetmə əməliyyatları davam edir. Partlayışın səbəbləri araşdırılır.

İstanbulda dəhşətli partlayış: Yaralananlar və itkin düşən var







Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More