Pavel Durov Paris məhkəməsində ilk dəfə dindirilib

“Telegram” mesencerinin təsisçisi Pavel Durov Fransada ilk dəfə məhkəmədə ifadə verib.

Oxu.Az xəbər verir ki, bu barədə mənbəyə istinadən AFP agentliyi məlumat yayıb.

Qeyd olunur ki, Durov platformanın cinayət fəaliyyəti ilə mümkün əlaqəsinin araşdırılması ilə bağlı hakim tərəfindən dindirilib. O, Fransa ədalətinə güvəndiyini bildirib, lakin ona qarşı irəli sürülən ittihamlarla bağlı əlavə şərh verməkdən çəkinib.

Xatırladaq ki, Pavel Durov avqustun 24-də axşam Fransanın Le Burje hava limanında şəxsi təyyarədən enərkən saxlanılıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More