Premyer Liqa: “Qarabağ” “Sabah”la, “Araz-Naxçıvan” “Səbail”lə üz-üzə

Bu gün Misli Premyer Liqasının XVI turunda iki oyun keçiriləcək.

Oxu.Az xəbər verir ki, günün ilk görüşündə “Səbail” “Araz-Naxçıvan”ı qəbul edəcək. Qonaqlar 36 xalla ikinci, “dənizçilər” 8 xalla sonuncu – onuncu sırada yer alıblar.

18:00-da “Sabah” “Qarabağ”la üz-üzə gələcək. Rəqibindən bir oyun az keçirən Ağdam təmsilçisi 37 xalla liderdir. Paytaxt klubu 22 xalla beşinci pillədə qərarlaşıb.

Misli Premyer Liqası

XVI tur, II dövrə

7 dekabr

15:00. “Səbail” – “Araz-Naxçıvan”

Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Müslüm Əliyev, Elvin Bayramov.

VAR: Rəvan Həmzəzadə.

AVAR: İnqilab Məmmədov.

Hakim-inspektor: Orxan Məmmədov.

AFFA nümayəndəsi: Erkin Hüseynov.

“ASCO Arena”

18:00. “Sabah” – “Qarabağ”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov.

VAR: Əliyar Ağayev.

AVAR: Zeynal Zeynalov.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Elçin Məmmədov.

“Bank Respublika Arena”

Qeyd edək ki, turun digər oyunları 8-9 dekabrda gerçəkləşəcək.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More