Rusiya Silahlı Qüvvələri Donetskin Berestki kəndini nəzarətə götürdü

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Berestki kəndinə nəzarəti ələ keçirib.

Oxu.Az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

“Mərkəz” qoşun qruplaşmalarının bölmələri Donetskin Berestki kəndini nəzarətə götürdülər. Dzerjinsk, Şerbinovka, Petrovka və Novoalekseyevka yaşayış məntəqələri ərazisində Ukrayna Silahlı Qüvvələrinin iki mexanikləşdirilmiş və motoatıcı briqadasının və bir dəniz piyada briqadasının canlı qüvvəsi və texnikası məğlub edilib”, – deyə məlumatda bildirilib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More