Rusiyada qulağı irinləyən qadın son anda ölümdən xilas edildi

Rusiyanın Moskva vilayətində qulağı irinləyən qadın son anda ölümdən xilas olub.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “SHOT” “Telegram” kanalı məlumat yayıb.

Məlumata görə, 31 yaşlı qadın şiddətli ürəkbulanma və nitqin pozulması şikayətləri ilə həkimlərə müraciət edib. Ertəsi gün isə o, komaya düşüb.

Həkimlər xəstəyə beyinin qan dövranının kəskin pozulması diaqnozu qoyublar və təcili əməliyyata göndəriblər.

Məlum olub ki, qadının qulağındakı irinli otit (qulağın xroniki iltihabı) abses yaradıb və bu da sağ qulağın arxasındakı kəllə sümüyünün bir hissəsini məhv edib. Bundan əlavə, qadında meningit də əmələ gəlib. Onun başından 30 mililitr irin çıxarılıb.

Bundan sonra qadın oyanıb və tədricən nitqi bərpa olunub. Özünə gələn rusiyalı qadın etiraf edib ki, bir il ərzində qulağındakı ağrılara məhəl qoymayıb.

Hazırda qadın evə buraxılıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More