Şirvanda 26 yaşlı qadın dəm qazından boğularaq ölüb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Şirvan sakini, 1998-ci il təvəllüdlü Sərvinaz Mübariz qızı Məlikova hamam otağında olarkən dəm qazından boğularaq ölüb.
Meyit müayinə olunmaq üçün Şirvan Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya bölməsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.