“TikTok” ABŞ-də qadağan edilə bilər

Məşhur “TikTok” sosial şəbəkəsi ABŞ-də qadağan olunmaq təhlükəsi ilə üz-üzədir.

Oxu.Az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Kolumbiya Dairə Apellyasiya Məhkəməsi “TikTok”un Çindəki baş ofisinin amerikalı istifadəçilərin məlumatlarını topladığını əsas gətirib.

Qərara görə,” TikTok” 2025-ci il yanvarın 19-na kimi satışa çıxarılmasa, ABŞ-də qadağan olunacaq. ABŞ və Çin arasındakı texnologiya müharibəsində mühüm cəbhəyə çevrilən “TikTok”un taleyi qarşıdakı dövrdə bəlli olacaq.

Məhkəmə, “TikTok” sosial şəbəkəsinə nəzarətin yerli şirkətə verilməsi tələblərini dəstəkləyib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More